İngiltərə millisinin sabiq hücumçusu yenidən ölkəsinə qayıtdı
16.01.2015 - 22:12
İngiltərə millisinin sabiq hücumçusu Ceremeyn Defo karyerasını ölkəsində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Kanadanın “Toronto” klubuna keçən 32 yaşlı futbolçu “Sanderlend”lə anlaşıb.
Defo yeni komandası ilə 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2014-cü ilidə Şimali Amerika təmsilçinin formasını geyinən Ceremeyn Defo 19 oyunda meydana çıxıb və rəqib qapılarından 11 top keçirib. O, 2004-cü ildən isə İngiltərə yığmasının heyətində çıxış edib – 55 matç, 19 qol.
0
0