İngiltərə Premyer Liqasında görünməmiş hadisə
27.12.2014 - 00:03
İngiltərə Premyer Liqasında görünməmiş hadisə

İngiltərə Premyer Liqasında görünməmiş hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının XVIII turu çərçivəsində doğma publika önündə “Stok Siti” (0:1) ilə matçın 78-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan “Everton”un yarımmüdafiəçisi Qaret Barri İngiltərə futbol tarixinə düşüb.

 

Belə ki, 33 yaşlı oyunçu 100-cü dəfə “sarı” alıb. Bununla da Barri ölkəsində ən çox cəzaya məruz qalan ilk futbolçu ünvanına sahib olub. Ümumilikdə isə Qaret cari mövsümdə 6 dəfə xəbərdarlıq alıb.

 

Qeyd edək ki, daha əvvəl Li Boyer, Kevin Devis və Pol Skoulz 97 dəfə sarı vərəqə ilə cəzalanıb.