İngiltərə yığmasının heyəti açıqlandı
12.05.2014 - 19:32
İngiltərə yığmasının heyəti açıqlandı

 

İngiltərə yığmasının baş məşqçisi Roy Hodcson dünya çempionatına gedəcək komandanın heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi heyətə 23 futbolçunu cəlb edib.

 

Komandanın kapitanı Stiven Cerrard olacaq. Ən gözlənilməz hadisə Eşli Koulun yığmaya cəlb edilməməsidir. Koul 2001-ci ildən İngiltərə yığmasının formasını geyinir və bu müddət ərzində 107 rəsmi oyuna çıxıb.

 

İngiltərə yığması:

 

Qapıçılar: Co Hart (“Mançester Siti”), Ben Foster (“VBA”), Frayzer Foster (“Seltik”).

 

Müdafiəçilər: Qlen Conson (“Liverpul”), Harri Keyxill (“Çelsi”), Fil Caqelka (“Everton”), Fil Cons (“Mançester Yunayted”), Kris Smollinq (“Mançester Yunayted”), Leyton Beyns (“Everton”), Lyuk Şou (“Sauthempton”).

 

Yarımmüdafiəçilər: Stiven Cerrard (“Liverpul”), Cordan Henderson (“Liverpul”), Frenk Lempard (“Çelsi”), Cek Uilşer (“Arsenal”), Adam Lallana (“Sauthempton”), Rahim Sterlinq (“Liverpul”), Ceyms Milner (“Mançester Siti”), Aleks Oksleyd-Çemberlen (“Arsenal”), Ross Barkli (“Everton”).

 

Hücumçular: Ueyn Runi (“Mançester Yunayted”), Daniel Starric (“Liverpul”), Denni Uilbek (“Mançester Yunayted”), Riki Lambert (“Sauthempton”).

 

Ehtiyat: Con Radi (“Norviç”), Con Flanqan (“Liverpul”), Con Stounz (“Everton”), Maykl Kerrik (“Mançester Yunayted”), Tom Kleverli (“Mançester Yunayted”), Endi Kerrol (“Vest Hem”), Ceremeyn Defo (“Toronto”).