İnter”in məşqçisi: Müəyyən çatışmazlıqlar var
07.12.2014 - 20:10
İnter”in məşqçisi: Müəyyən çatışmazlıqlar var

“Gərgin oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in məşqçisi Roman Cəfərov deyib.

 

O, Topaz Premyer Liqasının XV turu çərçivəsində evdə AZAL üzərində qazanılan minimal hesablı qələbədən danışıb: “Birinci hissədə qol epizodlarımız oldu. Nizami Hacıyev ilk dəqiqələrdə qol vəziyyətindən istifadə etsəydi, nəticə başqa cür olacaqdı. Əsas odur ki, 3 xal qazandıq. Futbolçulardan razıyıq. Biz çempionat başlayanda daha çox qol vururduq. İndi isə daha çox qol epizodu yaradırıq. Müəyyən çatışmazlıqlar var, amma hər şey yaxşı olacaq”.(pfl)