İordaniya şahzadəsi FİFA prezidenti olmaq istəyir
06.01.2015 - 13:01
İordaniya şahzadəsi FİFA prezidenti olmaq istəyir

FİFA prezidenti Yozef Blatterə yeni rəqib tapılıb. Apasport.az saytının məlumatına görə, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn ali futbol qurumunun prezidenti olmaq niyyətindədi.

 

Asiyalı artıq namizədliyini irəli sürəcəyini də açıqlayıb: “FİFA prezidentliyinə namizəd olmağı qərara almışam. Mən bu qərarı verməzdən öncə həmkarlarımla uzun-uzadı müzakirə aparmışam”.

 

Qeyd edək ki, FİFA prezidentliyinə növbəti seçki mayda keçiriləcək. Hazırda FİFA-nın vitse-prezidenti vəzifəsini icra edən Əli ibn Əl-Hüseynlə yanaşı, prezident Yozef Blatter və sabiq baş katib Jerom Şampan da bu posta namizəddilər.