“Napoli”nin hücumçusu Qonzalo İquain karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard “Çelsi”nin maraq dairəsinə düşüb.
Neapol klubunun heyətində parlaq çıxış etməsinə baxmayaraq, yenidən nəhəng komandalardan birinə keçməyi arzulayan İquain üçün “Çelsi”nin təklifi göydəndüşmə olub.
London klubunun yeni çalışdırıcısı Antonio Konte rəhbərlikdən onun alınmasını tələb edib. “Zadəganlar” bu transfer müqabilində “Napoli”yə 60 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Qonzalo İquain cari mövsümdə A seriyasında 30 qola imza atıb və hazırda bombardirlər yarışına başçılıq edir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı