Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan klublarının qarşılaşacağı rəqiblərin təmsil etdiyi ölkələrlə əvvəllər də qarşılaşmışıq. Apasport.az saytının məlumatına görə, Serbiyanın “Çukarişki” klubu ilə görüşəcək “Qəbələ”yədək iki ölkə təmsilçiləri 5 dəfə üz-üzə gəlib.
Balkanlılarla görüşlərdə qələbəsi olmayan komandalarımız 4 heç-heçə edib və 6 dəfə uduzub.
“İnter”in qarşılaşacağı “Hafnarfyordur” isə İslandiyanın 2 komandasından biridi ki, təmsilçilərimizlə görüşüb. 2005-ci ildə “Neftçi” ilə üz-üzə gələn bu komanda hər iki oyunda bakılılara yenilib.
Əvəzində “Viləş” “Qrindavik”ə hər iki matçda uduzub. Ada təmsilçiləri ilə qarşılaşmalarda 2 qələbə və 2 məğlubiyyəti olan klublarımız top fərqində minimal üstünlüyə malikdi.
Avrokuboklarda Azərbaycan – Serbiya duelləri
1999/2000, UEFA kuboku
“Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3, 0:1
2008/09, Çempionlar Liqası
“İnter” – “Partizan” (Serbiya) - 1:1, 0:2
2008/09, UEFA kuboku
“Voyvodina” (Serbiya) – “Olimpik” - 1:0, 1:1
2012/13, Avropa Liqası
“Partizan” (Serbiya) – “Neftçi” - 0:0, 1:1
2013/14, Avropa Liqası
“Partizan” (Serbiya) – “Neftçi” - 3:2, 2:1
Avrokuboklarda Azərbaycan – İslandiya dielləri
2001/02, İntertoto kuboku
“Qrindavik” (İslandiya) – “Viləş” - 1:0, 2:1
2005/06, Çempionlar Liqası
“Neftçi” – “Hafnarfyordur” (İslandiya) - 2:0, 2:1