İspaniya klubu türkiyəli futbolçunun müqaviləsində qanunsuzluq edib
05.01.2016 - 18:49
İspaniya klubu türkiyəli futbolçunun müqaviləsində qanunsuzluq edib

“Real Sosyedad”la bağlı şok məlumat yayılıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, San Sebastian klubunun 2000-ci illərin əvvəllərində vergidən yayındığı üzə çıxıb.

 

Xabi Alonso, Darko Kovaçeviç, Valeri Karpin, Mikel Arteta, Nihat Kahveci və Tayfun Korkut kimi oyunçuların forma geyindikləri dönəmdə “göy-ağlar” futbolçuların müqavilələrində qanunsuzluq edibmiş.

 

Həmin vaxt “Real Sosyedad” transfer pullarını “vergi cənnəti” kimi tanınan bölgələrdəki şirkətlər vasitəsilə dəyərləndirib və bunu Bask Milliyətçi Partiyasının (PNV) dəstəyi ilə edib. Bu üzdən serbiyalı Kovaçeviç, rusiyalı Karpin, türkiyəli Kahveci və ispaniyalı Arteta kimi önəmli simaların qazancları müqavilədə göstərildiyi qədər olmayıb.

 

Bask Milliyətçi Partiyası bunu bölgənin futboldakı ən önəmli təmsilçisi olduğu üçün “Real Sosyedad”a dəstək hesab edib. Əsasən də, əcnəbi futbolçuların maaşları müqavilədə göstəriləndən qat-qat çox olub.

 

Futbolçuların real qazanclarının müqavilədəkindən çox olduğunu sübut edən sənədlər yerli mətbuatın əlinə keçib. İndi klubun ciddi şəkildə cəzalandırılması gözlənilir.

 

Qeyd edək ki, “Real Sosyedad” 2002-03 mövsümündə çempionluq uğrunda mübarizə aparsa da, son turlarda Madrid “Real”ının önə keçməsinə mane ola bilməmiş və mövsümü 2-ci pillədə bitirmişdi.

0