İspaniya kubokunda “Real” - “Barselona” finalı
13.02.2014 - 02:58
İspaniya kubokunda “Real” -  “Barselona” finalı

Ötən gün İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, “Barselona” səfərdə “Real Sosyedad”la üz-üzə gəlib.

 

Kataloniya klubu birinci hissədə Lionel Messi ilə önə keçsə də, rəqibin son dəqiqədəki qoluna mane ola bilməyib və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. İlk oyunda rəqibini 2 cavabsız qolla məğlub edən Xerardo Martinonun komandasına cavab matçındakı bərabərlik də kifayət edib və finala vəsiqə qazanıb.

 

“Barselona”nın finaldakı rəqibi də artıq məlumdur. Bu, ilk oyunda 3, ikinci matça isə 2 cavabsız qolla “Atletiko”nu məğlub edən Madrid “Real”ıdır. Bu həlledici görüş aprelin 19-da baş tutacaq.

 

 

İspaniya kuboku, yarımfinal

 

12 fevral

"Real Sosyedad" - "Barselona" – 1:1 (İlk oyun - 0:2)

Qollar: Qriezmann, 87 – Messi, 27