İspaniya Superkubokunun vaxtı açıqlandı
29.05.2014 - 06:36
İspaniya Superkubokunun keçiriləcəyi vaxt açıqlanıb. Apasport.az saytının məlumatına görə, həlledici oyun avqustun 27-də Madriddəki “Visente Kalderon” stadionunda baş tutacaq.
İlk oyun avqustun 20-də Karlo Ançelottinin komandasının doğma stadionu olan “Santyaqo Bernabeu”da olacaq. Finalda “Atletiko Madrid” və “Real Madrid” üz-üzə gələcək.
Xatırladaq ki, “Atletiko” bu mövsüm İspaniya çempionatında, “Real” isə ölkə kubokunda qalib gəlib.
0
0