İspaniya yığmasının hücumçusu üçün mövsüm bitdi
12.01.2016 - 12:52
İspaniya yığmasının hücumçusu üçün mövsüm bitdi

“Atletik”in hücumçusu Raul Qarsiya uzun müddətə çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya yığmasının üzvü dizindən ciddi zədə alıb.

 

O, La Liqanın XIX turu çərçivəsində “Sevilya” ilə səfər qarşılaşmasında zədələnmişdi. Qarşılaşmanın 29-cu dəqiqəsində dizindən xəsarət alaraq əvəzlənən 30 yaşlı forvard tibbi müayinədən keçib. Məlum olub ki, cərrahiyyə əməliyyatı keçirəcək futbolçu üçün cari mövsüm artıq başa çatıb.

 

Qeyd edək ki, Raul Qarsiya “Atletik”ə cari mövsümün əvvəlində “Atletiko”dan keçmişdi.