Hazırda icarə əsasında “Malaqa”da çıxış edən “Qalatasaray”ın futbolçusu Nordin Amrabat birdəfəlik La Liqa təmsilçisinə keçə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Belə ki, “ağ-mavilər” artıq bu barədə çalışmalara başlayıb. İstanbula gələn “Malaqa”nın idman direktoru Mario Husilyon və klub meneceri Visente Kasando “sarı-qırmızılar”la danışıqlara başlayıb. İspanlar 26 yaşlı yarımmüdafiəçi üçün “Qalatasaray”a 5 milyon avro təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Amrabat 2012-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Kayserispor”dan “Qalatasaray”a transfer olunmuşdu. O, Cari ilin yanvar ayında mövsüm sonuna qədər “Malaqa”ya icarəyə göndərilib.