21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının mübarizə apardığı qrupda Makedoniya yığması İsraili qəbul edib.
2-ci pillədə qərarlaşan qonaqlar bu matçda qələbəni darmadağınla əldə edib. 3:0 hesabı ilə qalib gələn İsrail millisi mövqeyini möhkəmlədib.
Bu görüş onların Bakı səfəri öncəsi son sınağı olub. Sentyabrın 3-də yığmamızın qonağı olacaq israillilər ölkəmizə darmadağınla gələcək.
Makedoniyanın uduzması isə millimizin sonuncu pillədən qurtulmaq şanslarını artırıb. İndi yığmamız 1 oyun az keçirdiyi balkanlılardan yalnız əlavə göstəricilərdə geri qalır.
Avropa çempionatının seçmə oyunu
8-ci qrup
13 avqust
Makedoniya – İsrail – 0:3
Mizrahi, 33, 41, Qozlan, 81
|
Yer |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
Xal |
|
1 |
Portuqaliya |
6 |
6 |
0 |
0 |
17-4 |
18 |
|
2 |
İsrail |
6 |
4 |
0 |
2 |
20-11 |
12 |
|
3 |
Norveç |
7 |
3 |
0 |
4 |
10-17 |
9 |
|
4 |
Makedoniya |
7 |
1 |
1 |
5 |
3-11 |
4 |
|
5 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
5-12 |
4 |