İsveçrə yığmasının hücumçusu Azərbaycana gəlir
07.10.2014 - 10:07
İsveçrə yığmasının hücumçusu Azərbaycana gəlir

Ağdamın “Qarabağ” klubu heyətinə daha bir futbolçu qatmağa yaxındır. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu İsveçrə millisinin sabiq hücumçusu İnnokent Emeqara ilə güclənmək niyyətindədir.

 

Nigeriyada anadan olan, lakin isveçrəlilər tərəfindən milliləşən 25 yaşlı forvard azar agent statusu ilə ölkəmizə gələ bilər. Futbolçu ilə danışıqlar müsbət yekunlaşsa, Emeqara ilin sonunadək Ağdam təmsilçisinin şərəfini qoruyacaq.

 

İsveçrədə “Qrasshoppers”, Fransada “Loryan”, İtaliyada “Livorno” və “Syena” kimi klublarda oynamış hücumçunu Almaniya “Frayburq”u da heyətinə qatmaqda maraqlıdır. Lakin buna daha yaxın olan ağdamlıların qarşıdakı günlərdə keçidi həll edəcəyi gözlənilir.

 

0