Milan “İnter”inin sabiq futbolçusu “Bakı”ya keçə bilər
29.01.2014 - 15:39
Milan “İnter”inin sabiq futbolçusu “Bakı”ya keçə bilər

“Bakı” heyətinə daha bir legioner qatmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Bolqarıstanın “Lokomotiv” komandasının şərəfini qoruyan Ticani Belaida ilə müqavilə bağlamağa hazırlaşır.

 

Plovdiv klubunun 27 yaşlı yarımmüdafiəçisi cəmi 2 ay əvvəl “dəmiryolçular”a qoşulsa da, artıq bu komandadan ayrılmaq arzusundadır. Afrikalının transfer qiyməti 240 min avrodur.

 

Qeyd edək ki, Ticani vaxtilə İtaliya “İnter”i və Hollandiya PSV-si kimi tanınmış klublarda çıxış edib. Tunis yığmasında 18 matça çıxan futbolçu karyerası ərzində Çexiya “Slaviya”sı, İngiltərə “Hall Siti”si, Kipr APOEL-i və Portuqaliya “Morreyrense”sində də çıxış edib.