İtaliya çempionatının bombardiri “Borussiya”da
28.05.2014 - 00:45
Ötən mövsüm İtaliya çempionatının ən yaxşı bombardiri olan Çiro İmmobile növbəti mövsümdə Dortmund “Borussiya”sının heyətində oynayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə transfer xəbərlərinin tvitteri “360Sources”də bildirilir. Hələlik müqavilənin şərtləri barədə məlumat yoxdur.
Qeyd edək ki, bir müddət öncə “Borussiya”nın baş məşqçisi Yurqen Klop İmmobile ilə maraqlandıqlarını təsdiq etmişdi.
“Torino”nun lideri olan Çiro İmmobile ötən mövsüm komandasının Avropa Liqasına düşməsində böyük rol oynayıb. Onun hesabında 22 qol və 3 məhsuldar ötürmə var.
0
0