İtaliya da İngiltərənin arxasınca getdi
20.11.2015 - 21:29
İtaliya da İngiltərənin arxasınca getdi

İtaliya A seriyasının növbəti turunun bütün matçları Fransa himni ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə A seriyasının rəsmi saytı xəbər yayıb.

 

Fransada baş verən terror hadisəsinin qurbanlarını yad etmək üçün bütün stadionlarda “Marselyoza” səsləndiriləcək.

 

Qeyd edək ki, bundan öncə İngiltərə Premyer Liqasında da eyni addımın atılacağı ilə bağlı qərar verilmişdi.