İtaliya klubu baş məşqçisini qovdu
22.12.2014 - 20:06
İtaliya klubu baş məşqçisini qovdu

İtaliya A seriyasında baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, "Kalyari" klubu komandanın çalışdırıcısı Zdenek Zemanla yollarını ayırıb.

 

Buna ölkə çempionatında uğursuz çıxışları səbəb olub.

 

Xatırladaq ki, "Kalyari" A seriyasının son - XVI turunda doğma publika önündə  “Yuventus"a 1:3 hesabı ilə uduzub. 12 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan komanda rəhbərliyi 67 yaşlı mütəxəssisi göndərmək qərarına gəlib.