Milli komandamızın Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə keçirəcəyi oyuna xarici qonaqlar da gələcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, konkret olaraq İtaliya və Norveçdən Bakıda nümayəndə olacaq.
İtaliyadan Françeska Rokka, Norveçdən isə Rudi Petter Azərbaycan – Malta qarşılaşmasını canlı izləyəcək və ölkələrinə döndükdən sonra öz raportlarını baş məşqçiyə təqdim edəcəklər.
Qeyd edək ki, İtaliya və Norveç yığmaları Avro-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alıblar. Komandamız martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda Maltanı qəbul edəcək.