İtaliya yığmasında itki: AVRO-2016-da oynamaya bilər
06.05.2016 - 22:34
İtaliya yığmasında itki: AVRO-2016-da oynamaya bilər

PSJ-nin futbolçusu Marko Veratti sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi qasığındakı ağrılardan əziyyət çəkir.

 

Ötən həftə “məcburi istirahət”dən qayıdan oyunçu məşq vaxtı qasığında ağrılar hiss etdiyi üçün hazırlığı yarımçıq tərk edib.

 

Fransa mətbuatı onun əməliyyat olunmaq ehtimalının olduğunu yazıb. Belə olan halda isə yarımmüdafiəçi AVRO-2016-nı buraxmalı olacaq.

 

Qeyd edək ki, bir neçə müddət əvvəl İtaliyanın daha bir orta sahə oyunçusu Klaudio Markizionun da qitə birinciliyində iştirak etməyəcəyi dəqiqləşmişdi.

0