“Biz vətəndən çox-çox uzağa yollanmaqdan qorxmuruq. Yeni klubumuzdakı rəqabət də bizi çəkindirmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun yeni futbolçusu İvo Taborski deyib.
Çexiyalı legioner həmyerlilərinin Şərqə axınına münasibət bildirib.
Əvvəl özünün Azərbaycana, ardınca isə Andjey Kuşnirin Qazaxıstan “Tobol”una keçidində maliyyə tərəfinin rolu az olmayıb. Taborski də həmyerlisinin keçidindən danışarkən pul amilini önə çəkib: “Orta səviyyəli çexiyalı futbolçu üçün 50 min avroluq qazanc böyük irəliləyişdir. Belə təklifdən imtina etmək çətindir. Artıq Azərbaycan və Qazaxıstandakı çexiyalıların ümumi sayı 8-ə çatdı. Düşünürəm ki, şərqdəki legioner həyatımız uğurlu alınacaq”.
Qeyd edək ki, Taborski “İnter”ə Teplitse” klubundan gəlib.