Jeremi Kleman: Bunun matça necə təsir edəcəyini siz də görəcəksiniz
15.09.2014 - 14:46
Jeremi Kleman: Bunun matça necə təsir edəcəyini siz də görəcəksiniz

“Qarabağ” klubu haqqında heç nə bilmirəm”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen” klubunun yarımmüdafiəçisi Jeremi Kleman deyib.

 

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”la üz-üzə gələcək Fransa klubunun futbolçusu Azərbaycana getmək üçün uzun yol qət edəcəklərini və bu səbəbdən yorğunluq olacağını bildirib:  “Bu komanda haqqında həqiqətən heç nə bilmirəm. Sadəcə Azərbaycana 5 saat yol qət edəcəyimiz haqqında məlumatım var. Ora çərşənbə günü səhər çatacağıq. Yorğunluq ola bilər. Bunun matça necə təsir edəcəyini siz də görəcəksiniz”.

 

Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu sentyabrın 18-də saat 21:00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.