Joze Alesio: Əsas günahkar mənəm
02.02.2014 - 23:27
Joze Alesio: Əsas günahkar mənəm

 

“Çox məyusuq. Komandamızın növbəti mərhələyə çıxmağa perspektivi var idi”. Apasport.az saytının xəbərinə görə, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva deyib.

 

Millimiz Avropa çempionatının final mərhələsində keçirdiyi ikinci oyunda İtaliyaya uduzaraq, mübarizəni dayandırdı. 0:7 hesablı məğlubiyyətdən sonra braziliyalı mütəxəssis oyunla bağlı fikirlərini açıqlayıb: “Bütün komanda günahkardı. İlk növbədə də mən. Belə vəziyyətdə məğlub olmaq çox üzücüdür. İlk hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda 3 qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər çoxalmağa başladı. Biz Avropa çempionatının belə tez tərk etməməli idik”