Joze Alesio: Əsəbi idik
01.02.2014 - 02:01
Joze Alesio: Əsəbi idik

“Matçın ilk 5-10 dəqiqəsi ərzində əsəbi idik. Oyunumuzu tapa bilmirdik. Ancaq ikinci hissədə özümüzə gəldik”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə millimizin baş məşqçisi Joze Alesio deyib.

 

Yığmamız Avropa çempionatının Belçikada təşkil olunan final mərhələsində mübarizə apardığı qrupda Sloveniya üzərində 7:6 hesablı əzmkar qələbə qazandı.

 

Oyundan sonra azərbaycanlı jurnalistlər üçün mətbuat konfransı keçirən komandamızın baş məşqçisi bunları deyib: “Sloveniya çox yaxşı komandadır. İtaliya, Portuqaliya və İspaniya ilə oyunlarına baxmışdıq. Ancaq biz daha çox səhvlər buraxdıq ki, rəqib bundan yararlandı. İtaliya ilə oyun bizim üçün çətin olacaq. Sloveniya ikinci hissədə eyni heyətlə oynadığı üçün çox yorulmuşdu. Bu baxımdan biz də İtaliya ilə matçda yorğun olacağıq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Məqsədimiz minimum yarımfinala çıxmaqdır”.