Joze Mourinyo: Bu okeanda köpəkbalığı var
11.12.2014 - 16:17
Joze Mourinyo: Bu okeanda köpəkbalığı var

Çempionlar Liqasında 1/8 finala vəsiqəni problemsiz qazanan “Çelsi”nin bu mərhələdəki potensial rəqibləri PSJ, “Yuventus”, “Bazel”, “Bayer” və “Şaxtyor”du. Apasport.az saytının məlumatına görə, London klubunun baş məşqçisi Joze Mourinyo onlar üçün əsl mübarizənin indi başladığını bildirib.

 

Komandasından məmnun qalan portuqaliyalı mütəxəssis Çempionlar Liqasını qazanmaq uğrunda yarışacaqlarını deyib: “Ötən mövsüm yarımfinala qədər irəliləmişdik. Keçən mövsümlə müqayisədə indi daha güclüyük. Çempionluğu xəyal edirik. Görək köpək balıqları buna icazə verəcəkmi? Çünki okeanda bir neçə köpəkbalığı var”.

 

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında yer aldığı G qrupunu 14 xalla (4 qələbə, 2 heç-heçə) bitirib.