Joze Mourinyo qələbədən danışdı
23.03.2015 - 00:50
Joze Mourinyo qələbədən danışdı

“Düşünürəm ki, matçda vurulan 5 qol azarkeşlərin xoşuna gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo deyib.

 

Portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqasının XXX turu çərçivəsində səfərdə “Hall Siti” ilə oyunda qazanılan qələbəyə şərh verib: “Komandam yüksək səviyyədə 3 xal qazandı. Rəqibin 2 qolundan sonra biz bir qədər irəli atıldıq. İlk hissənin sonlarında yaxşı oynamırdıq. Fasilədə mən futbolçulara dedim ki, meydana qayıtmaq və futbol oynamaq lazımdı. Qarşılaşmadakı səhvlər haqqında düşünmək lazım deyil. Bu, bizik və 3 xala da layiq idik. İstəyirdim ki, Remi və Dieqo Kosta bir yerdə oynasın. Lakin Dieqo zədələndi və onu əvəzləmək məcburiyyətində qaldım. Buna baxmayaraq, Remi fərqləndi”.

 

Qeyd edək ki, "Hall Siti” - “Çelsi” matçı 2:3 hesabı ilə “zadəganlar”ın qələbəsi ilə başa çatıb.