Joze Mourinyodan Obi Mikel qadağası
12.07.2015 - 22:07
“Çelsi”nin yarımmüdafiəçisi Con Obi Mikel klubda qalacaq. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, “zadəganlar”ın baş məşqçisi Joze Mourinyo nigeriyalı futbolçunun satışına qadağa qoyub.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ilə ərəb və Çin klubları maraqlanırdı.
Ancaq portuqaliyalı mütəxəssis əsas oyunçularından birinin gedişinə razılaşmaq fikrində deyil.
0
0