Kakanın iştahı böyükdü
24.03.2015 - 13:03
Kakanın iştahı böyükdü

ABŞ klubu “Orlando Siti”nin məşhur futbolçusu Kakanın Braziliya millisi ilə bağlı arzuları böyükdü. Apasport.az saytının məlumatına görə, “sambaçı” yığmasının heyətində DÇ-2018-də iştirak etmək niyyətindədi.

 

O, bunun üçün əlindən gələni edəcəyini bildirib: “Orlando Siti” ilə müqaviləm 3,5 illikdi və ondan sonra da karyeramı bitirmək barədə düşünmürəm. Əgər millinin baş məşqçisi Dunqa mənə ehtiyac duyarsa, Braziliya yığmasının formasını geyinməyə hazıram. DÇ-2018 mənim üçün stimuldu”.

 

Qeyd edək ki, 33 yaşlı Kaka DÇ-2002-nin qalibi olan Braziliya millisinin heyətində yer alıb.