Kalonas başladı, Rəşad 300-ə çatdırdı
18.03.2014 - 10:41
Kalonas başladı, Rəşad 300-ə çatdırdı

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 300-cü qolu vurulub. Apasport.az saytının məlumatına görə, “Rəvan”la ev oyununun 13-cü dəqiqəsində rəqib qapısına yol tapan “Simurq”un futbolçusu Rəşad Eyyubov XXVI turun ilk, cari mövsümün 300-cü qolunun müəllifi olub.

 

XXVI turda vurulan qollar sayəsində bu rəqəm 310-a çatıb.

 

Çempionatın baş tutan 130 matçında orta məhsuldarlıq 2,38-ə bərabər olub. 310 qoldan 171-i meydan sahibləri, 139-u qonaqların hesabındadır. Qollardan 144-ü ilk, 166-sı ikinci hissədə vurulub.

 

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə qarşılaşmalarında fərqləniblər.

0