Türkiyə PTT I Liqasının XIX turunda növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu “Qaziantep BB” doğma divarlar arasında yığmamızın qapıçısı Kamran Ağayevin yeni komandası “Kayserispor”la üz-üzə gəlib.
Matç Kayseri təmsilçisinin 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda Ufuk meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. Ağayev isə debüt edə bilməyib. Onun adı “18-liy”ə belə salnmayıb.
Qeyd edək ki, bu qalibiyyətdən sonra “Kayserispor” xalını 40-a çıxarıb və turnir cədvəlində liderliyini davam etdirir. “Qaziantep BB” isə 20 xalla 14-cü pillədə qərarlaşır.