Kamran Ağayev penaltilərdən ehtiyatlanır
21.05.2014 - 18:19
Kamran Ağayev penaltilərdən ehtiyatlanır

“Oyunun penaltilər seriyasına qədər uzanmasını istəmirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin qapıçısı Kamran Ağayev deyib.

Sabah keçiriləcək ölkə kubokunun finalı ilə bağlı fikirlərini açıqlayan Ağayev görüşün müqəddəratının 90 dəqiqə ərzində həll olunacağına ümid edir: “90 dəqiqə ərzində qalib gəlmək istəyirik. Çalışacağıq ki, qələbə qazanaq. Finala gələn komanda zəif deyil. Bura kimi gəliblərsə, deməli, güclü komandadır. Əvəzolunmaz futbolçu yoxdur. Meydanda vuruşmaq lazımdır”.