Kamran Ağayev rəsmən “Qəbələ”də!
31.01.2014 - 19:35
Kamran Ağayev rəsmən “Qəbələ”də!

"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə münasibətləri rəsmiləşdirib.

 

"Qəbələ" “Bakı”nın transferə çıxardığı 27 yaşlı qolkiperlə il yarımlıq müqavilə bağlayıb.

 

Qeyd edək ki, Kamran Ağayev futbolçu karyerasına 2003-cü ildə "Şəfa"da başlayıb. O, daha sonra "Turan" (2004-2006), "Xəzər-Lənkəran" (2006-2013) və "Bakı"nın (2013) şərəfini qoruyub.