Kamran Ağayevli “Karşıyaka” yenə məğlub oldu
18.10.2015 - 00:02
Kamran Ağayevli “Karşıyaka” yenə məğlub oldu

Türkiyə PTT birinci liqasında 8-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Karabükspor"la qarşılaşıb.

 

Kamranın start heyətində meydana çıxdığı və sonadək oynadığı matç 2:1 hesabıyla meydan sahiblərinin qələbəsiylə nəticələnib. Millimizin üzvü qollardan birini penaltidən buraxıb.

 

Bu oyundan sonra hesabında 6 xal olan "Karşıyaka" 14-cü pillədə qərarlaşıb.

 

Türkiyə PTT birinci liqası

VIII tur

 

“Karabükspor” – “Karşıyaka” - 2:1

Qollar: Murat Akın, 2. Muhammet Reis, 66-p - Çağlar Birinci, 39