Kamran Quliyev milli ilə birgə Estoniyaya gedir
24.03.2014 - 15:50
Kamran Quliyev milli ilə birgə Estoniyaya gedir

16 yaşadək futbolçulardan ibarət millimizin Estoniyaya gedəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, 24 futbolçu bu ölkənin paytaxtı Tallinə gedəcək heyətdə yer alıb.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Kamran İbrahimov, Ərziman Rizvanov, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), İsmayıl Babayev (Sumqayıt), Kənan Allahverdiyev, Məhərrəm Həsənov, Qəlbinur Adıgözəlov, Nazim Bağırov, Ruslan Süleymanov (hamısı “Bakı”), Kamran Quliyev, Elvin İmanlı, Aqşin Hüseynov, Murad Qayalı (hamısı “Qəbələ”), Cavid Mikayıllı (Lokomotiv), Ülvi İbrahimov, Məmməd Hüseynov (“hər ikisi “Qarabağ”), Miremil Həsənov, Elçin Əsədov, Ceyhun Muxtarlı, Raul Süleymanzadə, Kamran Əliyev (hamısı “İnter”).

Qeyd edək ki, bu gün Bakı hazırlıqlarını başa vuran U-16 sabahdan Estoniyada təlim-məşq toplanışına başlayacaq. Aprelin 2-dək davam edəcək toplanışda millimizin yerli yığma ilə yoldaşlıq görüşü keçirəcəyi istisna olunmur.
 

0