“Neftçi” 2012/13 mövsümündə bombardiri olmuş Nikolas Kanalesi heyətinə qaytarmayacaq. Apasport.az saytının məlumatına görə, çilili futbolçu ilə danışıqlar uğursuz nəticələnib.
Ona görə də “Neftçi” Çilinin “Kolo-Kolo” klubuna məxsus olan Kanalesdən gözünü çəkib. Hazırda başqa hücumçu axtarışları davam etdirilir.
Yeri gəlmişkən, “Neftçi”nin qapıçılarla işləyən məşqçisi müəyyənləşib. Serbiyalı Neboyşa Manoyloviçin ailəsinə görə klubdan ayrılmasından sonra paytaxt təmsilçisi əlavə xərcə düşməmək üçün latviyalı qapıçısı Pavel Doroşevi qaytarmalı olub.
“Qəbələ”nin sabiq qolkiperi Saşa Stamenkoviç və Emil Balayevdən sonra həm 3-cü qapıçı, həm də qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.