Kannavaro ərəb klubu ilə anlaşdı
24.10.2015 - 16:52
Kannavaro ərəb klubu ilə anlaşdı

İtaliya yığmasının sabiq futbolçusu Fabio Kannavaro məşqçilik fəaliyyətini Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcı bu ölkənin “Əl-Nəsr” klubu ilə anlaşıb.

 

Razılaşmaya əsasən, Kannavaro qarşıdakı 7 ay ərzində, yəni cari mövsümün sonuna qədər Dubay təmsilçisini çalışdıracaq.

 

Qeyd edək ki, məşqçiliyə keçən il başlayan Kannavaronun bu sahədə ilk iş yeri Çinin “Quançjou” klubu olub. 

0