Rusiya millisinin baş məşqçisi Fabio Kapello yığmadakı işini davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə italiyalı mütəxəssis şəxsən açıqlama verib.
Kapello dünya çempionatındakı çıxışları barədə də danışıb: “Mənim məqsədim qrupdan çıxmaq idi. Mən 1/4 final barədə danışmamışam. Biz dünya çempionatına gözlənilməz nəticə göstərə biləcək komanda kimi getmişdik. Əgər mən buradayamsa, deməli, yığmadakı işimi davam etdirirəm. Bu artıq həll edilib. Mənə həm Rusiya Futbol İttifaqı, həm də İdman Nazirliyi etibar edir. Əgər mənə etibar etməsələr, istefaya gedəcəyəm. Narahat olmayın”.
Qeyd edək ki, Kapellonun Rusiya yığması ilə müqaviləsi 2018-ci ilə qədər qüvvədədir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı