Kapello ulduzları başına yığdı - FOTO
18.04.2016 - 22:00
Kapello ulduzları başına yığdı - FOTO

Çinin Şanxay şəhərində şou matçı keçirilib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Fabio Kapellonun başçılıq etdiyi keçmiş ulduzlardan ibarət komanda Honqonk yığması ilə oynayıb.

 

Bu barədə keçmiş futbolçu və hazırda Ukrayna milli komandasının məşqçisi olan Andrey Şevçenko tvitterdəki hesabından açıqlama verib.

 

Şou matçında Kristian Kivu, Ambrozini, Xavier Zanetti, Dida, Kristian Vieri, Maldini, Serjinyo, Pires və başqa ulduzlar çıxış ediblər.

0