Kapelloya 4 təklif
24.10.2015 - 11:10
Kapelloya 4 təklif

Rusiya yığmasının sabiq baş məşqçisi Fabio Kapellonun işsiz günləri başa çata bilər. Apasport.az saytı xəbər verir ki, italiyalı çalışdırıcının okeanın o tayına köçəcəyi inandırıcı görünür.

 

Belə ki, MLS çempionatında çıxış edən “Nyu-York Siti”, “Sietl”, “Monreal” və “Çikaqo Fayr” klubları 69 yaşlı məşqçinin xidmətində maraqlıdı. Hər 4 klubdan təklif alan Kapello qərarını hələ açıqlamayıb.

 

Əgər təcrübəli məşqçi bu təkliflərdən birinə “hə” cavabı versə, yeni işinin icrasına 2016-cı ilin əvvəlindən başlayacaq.