Kapitan gedəcəyi vaxtı açıqladı
02.04.2015 - 22:40
“Klubumla müqaviləmin müddəti başa çatdıqdan sonra karyerama son verməyi düşünürəm”. Apasport.az saytının Almaniya mətbuatına istinadən xəbərinə görə, bu sözlər “Bavariya”nın kapitanı Filipp Lama məxsusdu.
Münhen təmsilçisi ilə müqaviləsinin müddətinin 2018-ci ildə başa çatacağını deyən Lam bildirib ki, həmin vaxtdan sonra daha 3 il oynamağa gücü çatar: “O zaman isə mənim 34 yaşım olacaq”.
Qeyd edək ki, 2002-ci ildən “Bavariya”nın formasını geyinən Lam Almaniya yığmasında karyerasını ötən il başa vurub.
0
0