Karlos Teves ölkəsinə qayıdır
23.03.2015 - 20:50
“Yuventus”un hücumçusu Karlos Teves karyerasını vətəni Argentinada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçunun “Qoca Sinyora”da müqaviləsi başa çatdıqdan sonra “Boka Xuniors”a keçməyə çox yaxındı.
Teves artıq keçidi haqqında Cənubi Amerika klubu ilə razılaşıb. O, mövsümün sonunda Argentina təmsilçisi ilə müqavilə bağlayacaq. Karlosun turinlilərlə müqaviləsi isə 2016-cı ildə başa çatacaq.
Qeyd edək ki, Karlos Teves İtaliya A seriyasının cari mövsümündə 25 matçda forma geyinib və rəqib qapılarından 15 top keçirib.
0
0