Kasilyas “Real”la vidalaşdı - FOTO
11.07.2015 - 14:58
Kasilyas “Real”la vidalaşdı - FOTO

“Real” İker Kasilyasla yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, “kral klubu”nun əfsanəvi qolkiperi bu gün sonuncu dəfə klubun bazasında olub.

 

Bazaya gələrək rəhbərliklə görüşən 34 yaşlı futbolçu həm onlarla, həm də məşqçilər korpusu ilə sağollaşıb. Kasilyasın yaxın saatlarda “Porto”ya transferinin açıqlanması gözlənilir.

 

Qeyd edək ki, “Real”ın yetirməsi olan İker Kasilyas 1999-cu ildən indiyə qədər bu klubun qapısını qoruyub.