Madrid “Real”ı David de Xeanın “Mançester Yunayted”lə yeni müqavilə imzalamasından sonra diqqətini başqa qapıçıya yönəldib. Apasport.az saytının məlumatına görə, “kral klubu” “Çelsi”nin belçikalı qolkiperi Tibo Kurtua ilə danışıqlara start verib.
“Real”ın baş məşqçisi Karlo Ançelotti rəhbərliklə söhbətində Kurtuanın alınmasını tələb edib. Bundan sonra hərəkətə keçən madridlilər qarşı tərəfə rəsmi təkliflə müraciət ediblər. Ancaq “Çelsi”nin Kurtuanı satacağı inandırıcı görünmür. Çünki London klubunun çalışdırıcısı Joze Mourinyo onun çıxışından razıdı.
Qeyd edək ki, La Liqanın son turu çərçivəsində “Atletiko” ilə matçda qapısından 4 top buraxanm İker Kasilyas yenidən tənqid hədəfinə tuş gəlib.