Kavani: “Real”a qarşı oynamaq şərəfdi
20.10.2015 - 17:50
Kavani: “Real”a qarşı oynamaq şərəfdi

“Real”la oyunlar həmişə xüsusi xarakter daşıyır. Bu cür oyunlarda iştirak etmək şərəfdi”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri PSJ klubunun futbolçusu Edinson Kavani deyib.

 

Paris təmsilçisi UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu Madrid “Real”ına qarşı keçirəcək.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən uruqvaylı futbolçu iddialı danışıb: “Real”ın heyətində möhtəşəm futbolçular çıxış edir. Onlar səhvi bağışlamırlar. Ancaq PSJ də öz növbəsində, böyük klubların sırasında qərarlaşıb. Biz “Real”ı məyus etmək gücündəyik”.

 

Qeyd edək ki, sabah keçiriləcək PSJ – “Real” görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.