Kavani nə vaxt qayıdır?
18.02.2014 - 20:57
Uzun müddətdir ki zədəli olan və bu axşam Çempionlar Liqasındakı “Bayer” (Leverkusen) matçında da PSJ-yə kömək edə bilməyəcək təcrübəli hücumçu Edinson Kavaninin son vəziyyəti ilə bağlı komanda həkimi Erik Rolland açıqlama verib. Apasport.az-ın xəbərinə görə, klub saytına danışan Rolland 26 yaşlı futbolçunun bu ayın sonlarına yaxın yaşıl meydanlara qayıdacağını deyib.
Qeyd edək ki, bu yay İtaliya “Napoli”sindən Paris klubuna keçən uruqvaylı forvard Fransa Liqa 1-in XXIII turundakı (31 yanvar) “Bordo” matçında sıradan çıxmışdı.
0
0