PSJ-nin ulduz futbolçusu Edinson Kavani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.
Belə ki, “Mançester Yunayted” 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. “Qırmızı şeytanlar” artıq bu barədə Paris klubuna rəsmən müraciət edib. İngilislərin Kavani üçün 40 milyon funt-sterlinq və forvardları Ueyn Rununi təklif etdiyi deyilir.
Qeyd edək ki, Uruqvay millisinin də üzvü olan təcrübəli futbolçu ötən il İtaliya “Napoli”sindən Fransa klubuna keçib. O, cari mövsüm çempionatda 19 matça çıxıb və 13 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.