Kaxaber Sxadadze: Avroliqa öncəsi 3 futbolçu almağı düşünürük
12.05.2014 - 20:25
Kaxaber Sxadadze: Avroliqa öncəsi 3 futbolçu almağı düşünürük

 

“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze “Qəbələ” ilə oyundan sonra jurnalistlər üçün açıqlama verib. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis komandanı və bütün klub üzvlərini ikinci yer tutmaları ilə təbrik edib: “Həqiqətən də, hər bir üzvümüz mövsüm ərzində böyük iş gördü. Qazanılan uğur mənim üçün çempionluğa bərabərdir. Komanda sonuncu pillədən yüksələrək çempionluq üçün mübarizə apardı. Oyunda böyük üstünlüyə malik idik. Kamran Ağayev olmasa idi, böyük hesabla qalib gələcəkdik. Kamran öz yüksək səviyyəsini bir daha göstərdi. Müdafiədə etibarlı oynadıq, yaxşı hücumlar qururduq, oyuna tam nəzarət edirdik. Komandanın əsas heyəti çox yaxşıdır. Lakin Avroliqa öncəsi 3 futbolçu almağı düşünürük – mərkəz müdafiəçisi və hücumameylli futbolçular”.