Kaxaber Sxadadze: Bu qarşılaşmanı unutmalıyıq
02.04.2015 - 19:52
Kaxaber Sxadadze: Bu qarşılaşmanı unutmalıyıq

“Belə görüşlərdə 1 top həlledici olur, qol olmasa da, keyfiyyətli oyun alındı”. Apasport.az saytı PFL-in rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu fikirləri “Qarabağ” - “İnter” matçının ardından keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Sxadadze səsləndirib:  

 

Sxadadzenin fikrincə, hər iki klub müdafiədə diqqətli oynadığından, adətən belə komandalar rəqibin səhvindən yararlanmağa çalışır: "Heç-heçə isə ədalətli nəticədi. Düşünürəm ki, bu oyunu unutmalı və “Xəzər Lənkəran”la vacib qarşılaşmaya hazırlaşmalıyıq”.