Kaxaber Sxadadze: Hər bir rəqibi ciddi qəbul etmək lazımdır
08.02.2014 - 17:44
Kaxaber Sxadadze: Hər bir rəqibi ciddi qəbul etmək lazımdır

“İlk növbədə qələbəyə layiq olduğumuzu qeyd edim. İlk hissədə hər hücumumuzda qol vəziyyəti yaradırdıq, lakin istifadə edə bilmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XX turunun “Rəvan”la səfər oyunu haqda fikirlərini açıqlayıb: “Fasilədə futbolçulara dedim ki, oyundakı vəziyyət əleyhimizə dəyişə bilər, futbol belədir. Qələbə topunu vura bildik. Hər bir rəqibi ciddi qəbul etmək lazımdır. Bugünkü oyundan dərs almalıyıq”.

 

Qeyd edək ki, “İnter” paytaxt derbisində 2:1 hesabı ilə qalib gəlib.