“Gərgin oyun keçdi. İlk üçlükdə qərarlaşan komandaların oyunda belə gərginlik olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstünlı mütəxəssis Topaz Premyer Liqasının XXV turu çərçivəsində səfərdə “Neftçi”yə 062 hesabı ilə qalib gəldikləri oyundan danışıb: “Düşünürəm ki, keyfiyyətli oyun alınmadı, daha çox mübarizəli bir oyun izlədik. Düzdür, “Neftçi”də və “İnter”də keyfiyyətli oyunçular var. Amma bu tip oyunlarda emosiya yüksək olur. Külək oyuna təsir etsə də, oyunçularım işin öhdəsindən gəldilər. Futbolçularım rəqibin səhvindən yararlanaraq, 2 qol vurdular”. (pfl)